Rusiya tibbi müayinələrdən yayınan miqrantları cərimə etməyi planlaşdırır
Rusiya məcburi tibbi müayinələrdən yayınan miqrant işçiləri məsuliyyətə cəlb etməyi planlaşdırır. Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Rusiyaya üç aydan çox müddətə gələn əcnəbilər üçün tibbi müayinə müddəti 90 gündən 30 günə endiriləcək. Tibb müəssisələri müayinə nəticələrini Rusiya Daxili İşlər Nazirliyinə, yoluxucu xəstəliklər aşkar edildikdə isə Rospotrebnadzora təqdim etməlidirlər. Tədbirlər qanun pozuntuları aşkar edildikdə miqrantların dərhal deportasiya edilməsinə yönəlib.
Tibbi müayinələrdən yayınmaya görə inzibati cəzalar, o cümlədən cərimə və məhkəmə qərarı ilə ölkədən mümkün deportasiya nəzərdə tutulur.
Miqrantların sağlamlıq sənədlərini saxtalaşdırmaq cinayət hesab ediləcək.
"Bu tədbirlər miqrantlara nəzarəti gücləndirməyə və ictimai təhlükəsizliyi yaxşılaşdırmağa yönəlib", - deyə Vyaçeslav Volodin vurğulayıb.
Əziz MUSTAFA































.jpg)


.jpg-1-1.jpg)

.jpg)













































