Donald Tramp: Məni dayandıra biləcək tək şey əxlaqımdır

Donald Tramp: Məni dayandıra biləcək tək şey əxlaqımdır

9 Yanvar 12:11
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın səlahiyyətləri beynəlxalq hüquqla deyil, yalnız "öz mənəviyyatı" ilə məhdudlaşır. "Bir məhdudiyyət var. Öz mənəviyyatım. Öz vicdanım. Məni yalnız bunlar dayandıra bilər. Mənə beynəlxalq hüquq lazım deyil. Mən insanlara zərər verməyə can atmıram", - Ağ Ev rəhbəri cümə axşamı dərc olunan "The New York Times" qəzetinə müsahibəsində bildirib.

Jurnalistlərin onun administrasiyasının beynəlxalq hüquqa əməl etməli olub-olmaması barədə sualına Donald Tramp "Bəli" cavabını verib. Daha sonra o, belə məhdudiyyətlərin nə vaxt ABŞ-a tətbiq olunacağına özünün qərar verəcəyini əlavə edib. "Bu, beynəlxalq hüququ necə təyin etdiyinizdən asılıdır", - respublikaçı qeyd edib.

ABŞ-ın Qrenlandiyanı nəzarətə götürməsi ilə NATO-nun qorunub saxlanması arasında nəyin daha vacib olduğu barədə suala birbaşa cavab verməkdən imtina edən Donald Tramp, nəşrin yazdığına görə, "belə bir seçim ola bilər" deməklə razılaşıb.

Ağ Ev rəhbəri açıq şəkildə bildirib ki, NATO, əslində, ABŞ-ın təməlində olmadan faydasızdır. "Mən düşünürəm ki, biz Avropa ilə həmişə yaxşı anlaşacağıq, amma mən istəyirəm ki, onlar ağıllarını başlarına yığsınlar. Mən onları NATO-ya daha çox vəsait xərcləməyə, ÜDM-i artırmağa məcbur edən şəxsəm", - Tramp bildirib.

Prezident jurnalistlərlə söhbətində həmçinin ABŞ-ın Karakasda Nikolay Maduronu ələ keçirmək üçün hərbi əməliyyatının Çinin Tayvan üzərindəki iddiaları çərçivəsində təkrarlana biləcək bir presedent təşkil etdiyi barədə iddiaları rədd edib.

"Bu, ona (ÇXR sədri Si Cinpinə - Red.) aiddir, o nə edəcək. Amma mən ona demişəm ki, əgər o belə bir şey etsə, mən çox narahat olacağam. Və mən düşünmürəm ki, o bunu etsin. Ümid edirəm ki, etməz", - Трамп vurğulayıb.

Almaz Həsənli