Tramp bildirib ki, Venesuela yalnız ABŞ məhsullarını alacaq
Venesuela Bolivar Respublikası öz neftinin yeni satış müqaviləsindən əldə edəcəyi vəsait hesabına yalnız ABŞ məhsullarını alacaq. Bunu ABŞ prezidenti Donald Tramp sosial şəbəkə “Truth Social”-da öz səhifəsində bildirib.
“Yalnız indi mənə məlumat verildi ki, Venesuela neft üzrə yeni müqaviləmizdən əldə olunan vəsait hesabına yalnız Amerika istehsalı məhsullarını alacaq”, — o yazıb.
Ağ Ev rəhbəri qeyd edib ki, söhbət xüsusilə Amerika kənd təsərrüfatı məhsulları, dərmanlar və enerji sistemləri üçün avadanlıqlardan gedir.
“Başqa sözlə, Venesuela ABŞ-ı əsas ticarət tərəfdaşı kimi qəbul etməyə borcludur”, — o vurğulayıb.
Tramp əlavə edib ki, “bu, ağıllı seçimdir və iki ölkə xalqları üçün çox yaxşıdır”.
7 yanvarda ABŞ Energetika Nazirliyi bildirib ki, ABŞ artıq Venesuela neftinin dünya bazarında satışına başlayıb. Nazirlik qeyd edib ki, neft satışından əldə olunan vəsait ABŞ-ın nəzarətində olan bank hesablarına köçürüləcək. Bundan sonra vəsait Vaşinqtonun qərarına əsasən Amerika və Venesuela xalqlarının maraqları naminə bölüşdürüləcək, nazirlik vurğulayıb.
Almaz Həsənli



















.jpg)


.jpg-1-1.jpg)

.jpg)

























































