Putin hərbi xidmətə ilboyu çağırış haqqında fərman imzalayıb
Rusiya Federasiyası Prezidenti Vladimir Putin hərbi xidmətə ilk dəfə ilboyu çağırış haqqında fərman imzalayıb. Oxuməni.az-ın xəbərinə görə, müvafiq sənəd normativ aktların dərc olunduğu saytda yerləşdirilib.
Fərmana əsasən, 18-30 yaşlı vətəndaşların hərbi xidmətə çağırışı 1 yanvar 2026-cı il tarixindən 31 dekabr 2026-cı il tarixinədək həyata keçiriləcək. Çağırışçıların sayı 261 000 nəfər təşkil edəcək.
Çağırış tədbirləri il ərzində keçiriləcək, lakin hərbi xidmət yerlərinə göndərilmə isə, əvvəlki kimi, ildə iki dəfə – 1 apreldən 15 iyula və 1 oktyabrdan 31 dekabra qədər olacaq.
Bu il Rusiya Silahlı Qüvvələrinə payız çağırışı 2016-cı ildən bəri Rusiyada ən kütləvi çağırış olub – cəmi 135 min nəfər orduya çağırılıb.
Vətəndaşların hərbi xidmətə çağırış qaydalarını dəyişdirən qanun Rusiya Dövlət Dumasında 2025-ci ilin oktyabrında qəbul edilib. İndi çağırış komissiyaları ilboyu fəaliyyət göstərəcək, tibbi müayinə və psixoloji seçim aparılacaq.
Qanun layihəsinin müəllifləri təşəbbüsü "çağırışın keyfiyyətini" artırmaq istəyi ilə izah edirlər. Hüquq müdafiəçiləri isə hakimiyyətin ordunun komplektləşdirilməsi üçün daimi fəaliyyət göstərən infrastruktur yaratmaq istədiyini düşünürlər.
Almaz Həsənli



























.jpg)
.jpg)
.jpg)











.jpg)














.jpg)
.jpg)
.jpg)























