Suriya banknotlarından Əsədin portretləri silinib
Suriya banknotlarından 2024-cü ildə devrilmiş ölkə prezidenti Bəşər Əsədin ailəsinin təsvirləri silinib. Bu barədə “SANA” agentliyi məlumat yayıb.
Bunun əvəzinə, əsginaslarda ölkə kənd təsərrüfatının simvolları olan zeytun, qızılgül, portağal və buğda təsvir olunub.
Yeni valyutanın təqdimatında Suriya Mərkəzi Bankının sədri Əbdülqədir Xusriyə qeyd edib ki, ölkədə pul islahatı aparılır ki, bu da 100 indiki funta ekvivalent olan yeni pul vahidi – Suriya funtunun tətbiqini nəzərdə tutur. 10-dan 500 Suriya funtunadək olan yeni əsginaslar yanvarın 1-dən dövriyyəyə buraxılacaq.
Yeni əsginasları təqdim edən Suriya prezidenti Əhməd əş-Şara bildirib ki, bu yolla köhnə dövr başa çatır və Suriyanın inkişafında yeni dövr başlayır.
Ölkənin Mərkəzi Bankı vəd edib ki, bu yenilik milli valyutaya etimadı gücləndirəcək və vətəndaşların həyatını asanlaşdıracaq.
Almaz Həsənli



























.jpg)
.jpg)
.jpg)











.jpg)














.jpg)
.jpg)
.jpg)























