Ermənistan və Türkiyə vizə rejimini qismən sadələşdirib
Ermənistan və Türkiyə 1 yanvar 2026-cı il tarixindən etibarən diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza alma prosesini sadələşdirmək barədə razılığa gəliblər. Oxuməni.az xəbər verir ki, müvafiq qərar bazar ertəsi günü Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi internet saytında və Türkiyə XİN-nin X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
Gələn ildən etibarən hər iki ölkənin bu cür pasport sahibləri elektron vizaları pulsuz əldə edə biləcəklər. "Bu əlaqədar olaraq, Ermənistan və Türkiyə heç bir ilkin şərt olmadan tam normallaşmaya nail olmaq məqsədilə iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesini davam etdirməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər", - dövlətlərin XİN-nin bəyanatında qeyd olunur.
Ermənistan və Türkiyə arasında diplomatik əlaqələr yoxdur və iki ölkə arasındakı sərhəd 1993-cü ildən bağlı qalır. Lakin son illərdə ölkələr arasındakı münasibətlər normallaşmağa başlayıb. 2025-ci ilin yayının əvvəlində iki ölkənin başçıları, Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan, İstanbulda görüşüblər. Ermənistan parlamentinin spikeri Alen Simonyan baş verənləri tarixi hadisə adlandırıb və bunun "Ermənistan rəhbərinin Türkiyəyə bu səviyyədə ilk səfəri" olduğunu bildirib.
2023-cü ildə Paşinyan Türkiyədə olub - o, Ərdoğanın inauqurasiyasında iştirak etmək üçün Ankaraya səfər edib. İrəvanın təsdiqinə görə, cari səfər təkcə Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün deyil, həm də Bakı ilə münaqişənin həlli üçün zəruri idi.
Almaz Həsənli

























.jpg)
.jpg)
.jpg)











.jpg)














.jpg)
.jpg)
.jpg)

























