Rusiya məhkəməsi Telegram və WhatsApp-a qarşı məhdudiyyətlərə dair iddia ərizəsini rədd edib
Tagansk rayon məhkəməsi Rusiyada Telegram və WhatsApp-ın fəaliyyətinə qoyulan məhdudiyyətlərin qanunsuz tanınmasını tələb edən iddia ərizəsi üzrə işə xitam verib.
Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə bazar ertəsi, Moskva məhkəmələrinin ümumi yurisdiksiyası üzrə rəsmi Telegram kanalında məlumat verilib.
Qərarı hakim Marqarita Kuninqas çıxarıb. Onu bu vəzifəyə Vladimir Putin 2025-ci ilin oktyabrında təyin edib.
Kuninqasın işə baxması bir həftədən az vaxt alıb. İddia ərizəsi dekabrın 24-də qəbul edilib. Onu Roskomnadzor və Rusiya Rəqəmsal İnkişaf Nazirliyinə qarşı, gənc Kaluga fəalı Konstantin Larionovun başçılıq etdiyi 105 rusiyalıdan ibarət qrup qaldırıb.
"İddiaçı Telegram və WhatsApp-ın informasiya resurslarının sahiblərinin hüquqlarının müdafiəsi üçün iddia qaldırmaq səlahiyyətinə malik olduğuna dair sübut təqdim etməyib", - hakim işə xitam verilməsinin səbəbini belə izah edib.
Məhkəmədə xatırladılıb ki, WhatsApp ABŞ-ın “Meta Platforms” korporasiyasına məxsusdur, bu korporasiya Rusiya hakimiyyəti tərəfindən "ekstremist" tanınıb və qadağan edilib. Qərar 13 gün ərzində Moskva şəhər məhkəməsində şikayət oluna bilər.
WhatsApp və Telegram-ın Rusiyadakı fəaliyyəti avqust ayından etibarən aktiv şəkildə bloklanır. Həmin vaxtdan etibarən Rusiya Federasiyasından olan əksər istifadəçilər üçün bu xidmətlər vasitəsilə zənglər əlçatmaz olub. Noyabrın 28-də Roskomnadzor xəbərdarlıq edib ki, WhatsApp Rusiya qanunlarının tələblərini yerinə yetirməsə, yəni hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməsə, tamamilə bloklanacaq.
Dekabrın 22-dən etibarən Rusiya Federasiyasındakı istifadəçilər WhatsApp ilə bağlı problemlərin artması barədə şikayətlər etməyə başlayıblar. RBC-nin məlumatına görə, Roskomnadzor onun işini 70-80% ləngidib.
Almaz Həsənli



















.jpg)
.jpg)
.jpg)











.jpg)














.jpg)
.jpg)
.jpg)































