Litva Rusiyaya tranzit qadağasını 2027-ci ilə qədər uzatmaq qərarına gəlib

Litva Rusiyaya tranzit qadağasını 2027-ci ilə qədər uzatmaq qərarına gəlib

07:53
Bəyəndim (3) Bəyənmədim (0)

Litva müəyyən malların hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq və regional təhlükəsizliyi gücləndirmək üçün ölkə ərazisindən tranzitinə müvəqqəti məhdudiyyətlər tətbiq edir. Bu barədə LRT məlumat verib. Litva hakimiyyəti müəyyən ikili təyinatlı malların avtomobil yolu ilə tranzitinə müvəqqəti məhdudiyyətləri 2 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib.

Bu tədbirlər onların Ukraynaya qarşı silahlı münaqişədə mümkün istifadəsinin qarşısını almaq və bütün Avropada təhlükəsizliyi gücləndirmək məqsədi daşıyır.
Litva İqtisadiyyat Nazirliyinin məlumatına görə, əvvəllər tətbiq edilən məhdudiyyətlər artıq Rusiya və Belarusa mal axınının azalmasına kömək edib, lakin sanksiyalardan yayınma riski qalır. Tədbirlərin uzadılması beynəlxalq məhdudiyyətlərin effektiv şəkildə tətbiqini təmin edir və onların pozulması riskini azaldır.

Əziz MUSTAFA