Azərbaycanda Özbəkistan prezidentini təhqir edən bloger saxlanılıb
Azərbaycanda, 2025-ci ilin aprel ayında sosial şəbəkələrdə "Şerxon" kimi tanınan Özbəkistan vətəndaşı, bloger Amon Yusupov, öz ölkəsinin prezidenti Şavkat Mirziyoyevi təhqir etdiyinə görə saxlanılaraq qardaş ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilib.
Bu barədə Oxuməni.az “podrobno.uz”-a istinadən məlumat yayıb.
Məlum olub ki, Kaşkadərya vilayətinin Kitab rayonunun sakini, hazırda Navoi şəhərində yaşayan Amon Yusupov, 2023-cü ilin fevral ayında Qazaxıstanın Almatı şəhərində olarkən TikTok platformasında canlı yayına çıxaraq, prezident Mirziyoyevin şərəf və ləyaqətini təhqir edən ifadələr səsləndirib. Bu bəyanat sosial şəbəkələrdə sürətlə yayılaraq ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.
Hadisədən sonra o, Türkiyə və Azərbaycan ərazilərində gizlənərək, zamanla bu məsələnin unudulacağını ümid edirdi. Lakin hüquq-mühafizə orqanlarınin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində, 2025-ci ilin aprel ayında Azərbaycanda saxlanılaraq Özbəkistana təhvil verilib.
Məhkəmədə bloger öz günahını tam etiraf edib, üzr istəyib və peşman olduğunu bildirib. Məhkəmə onun hərəkətlərini Özbəkistan Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü hissəsi ilə qiymətləndirərək, dörd il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
Almaz Həsənli

















.jpg)






.jpg)
.jpg)
.jpg)
























































