Ərdoğan COP31-in prezidentini təyin etdi

Ərdoğan COP31-in prezidentini təyin etdi

10:10
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn il Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 31-ci sessiyası olan COP31-in prezidentini təyin edib. Bu barədə Oxuməni.az Türkiyə KİV-lərinə istinadla xəbər verir.

Bu vəzifəni Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murad Kurum tutacaq.

Xatırladaq ki, COP31 iqlim konfransı gələn il noyabrın 9-dan 20-dək Antalyada keçiriləcək.

Qeyd etmək lazımdır ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının sahibi Azərbaycan olub. COP31-ə isə Braziliya ev sahibliyi edib.

Almaz Həsənli