Özbəkistan ilk kosmonavtını və peykini buraxmaq planlarını açıqladı

Özbəkistan ilk kosmonavtını və peykini buraxmaq planlarını açıqladı

13:34
Bəyəndim (2) Bəyənmədim (0)


Özbəkistan müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq öz süni peykini və ölkənin ilk vətəndaş kosmonavtını kosmosa göndərməyə hazırlaşır.
Oxuməni.az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə prezident Şavkat Mirziyoyev parlamentə və xalqa mütəmadi müraciətində bildirib.
Mirziyoyev əmindir ki, bu hadisə ölkənin elmi və texnoloji tərəqqisi üçün mühüm təkan olacaq və milli inkişafı yeni zirvələrə qaldırmağa imkan verəcək. Daha əvvəl Özbəkistanın süni intellekt modulu ilə təchiz edilmiş "Samarkand-2028" uzaqdan zondlama peykinin yaradılması üzrə Çinlə əməkdaşlığı barədə məlumat verilmişdi.
Bundan əlavə, 2028-ci ildə Səmərqənd Mərkəzi Asiyada ilk dəfə olaraq Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Gözlənilir ki, bu möhtəşəm tədbir dünya elmi ictimaiyyətinin diqqətini Özbəkistanın texnoloji potensialına cəlb edəcək.
Xatırladaq ki, Özbəkistan hökuməti "Özbəkkosmos" Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyini yaradıb.
Almaz Həsənli