Roskomnadzor Rusiyada“Twitch”-in bloklanması barədə məlumatı təkzib edib
Rusiya Federal Kommunikasiya, İnformasiya Texnologiyaları və Kütləvi Nəqliyyat Nəzarəti Xidməti (Roskomnadzor) “Twitch”-in Rusiyada bloklanması barədə yayılan məlumatları təkzib edib. Oxuməni.az xəbər verir ki, bu barədə TASS agentliyi qurumun mətbuat xidmətinin məlumatına istinadən xəbər verib.
"Hazırda Roskomnadzor bu xidmətin fəaliyyətini məhdudlaşdırmır", - deyə agentlik Roskomnadzorun cavabını sitat gətirir.
“Twitch”-in Rusiyada mümkün bloklanması barədə məlumatlar bu həftə sosial şəbəkələrdə yayılmağa başlayıb. Xüsusilə, "drakeoffc" adlı bir strimer "gizli" bloklanmadan bəhs edib. Onun sözlərinə görə, o, xidmətin əlçatmazlığı ilə qarşılaşıb, problemin səbəblərini internet provayderindən öyrənmək qərarına gəlib və provayder “Twitch”-in bloklanması barədə sərəncam daxil olduğunu bildirib.
"Təəssüf ki, Roskomnadzor bütün bloklamaları açıqlamır. Bizə bloklama üçün sorğu gəldi və biz bununla bağlı heç nə edə bilmərik", - deyə “drakeoffc” öz provayderi ilə söhbətini təkrarlayıb.
“Twitch”, real vaxt rejimində video məzmunun yayımı (strim) üçün onlayn platformadır. Əvvəlcə xidmət kompüter oyunlarının, o cümlədən oyun prosesinin və e-idman turnirlərinin yayımına yönəlmişdi. “Twitch”-in ayda 240 milyondan çox aktiv istifadəçisi var.
Almaz Həsənli

























































.jpg)
.jpg)
.jpg)






















