ABŞ Nigeriyada "İslam Dövləti" obyektlərinə zərbələr endirib

ABŞ Nigeriyada "İslam Dövləti" obyektlərinə zərbələr endirib

10:17
Bəyəndim (2) Bəyənmədim (0)


"Birləşmiş Ştatlar Nigeriyanın şimal-qərbindəki "İslam Dövləti" (İD) terror qruplaşmasının obyektlərinə "bir neçə dəqiq zərbə" endirib. Bu obyektlər illər, hətta əsrlər boyu ilk növbədə günahsız xristianları qəddarcasına qətlə yetiriblər." Bu barədə cümə axşamı gecə ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində məlumat verib.
"Mən daha əvvəl bu terrorçuları xristianların qırğınını dayandırmasalar, baha başa gələcəyi barədə xəbərdar etmişdim və bu gecə bu baş verdi", - Ağ Ev rəhbəri ABŞ Müdafiə Nazirliyinin hərəkətlərini izah edərək, "Mənim rəhbərliyim altında ölkəmiz radikal islam terrorizminin çiçəklənməsinə imkan verməyəcək" deyə vəd edib.
Noyabrın əvvəlində Tramp Nigeriyada hərbi əməliyyatların müxtəlif variantlarını, o cümlədən qoşunların yeridilməsi və hava zərbələrini nəzərdən keçirdiyini bildirmişdi. Dekabrda isə bu ölkə vətəndaşlarının ABŞ-a girişinə qismən qadağa qoymuşdu.
Amerikanın CNN telekanalının məlumatına görə, 2025-ci ildə Nigeriyada dini zəmində bir neçə kütləvi qətl hadisəsi baş verib. Belə ki, apreldə bu ölkənin prezidenti Bola Tinubu bildirib ki, ölkənin şimalındakı xristian kənd təsərrüfatı icmasına silahlı hücum nəticəsində azı 40 nəfər həlak olub. İyun ayında hüquq müdafiəçilərinin məlumatına görə, əhalisinin əksəriyyəti xristianlardan ibarət olan Yelvatt kəndində 100-dən çox insan qətlə yetirilib.
Nigeriyada silahlı dəstələr illərdir ki, ölkənin şimal-qərb və mərkəzi kənd ərazilərində girov götürməklə pul qazanırlar. Bu hücumlar nəticəsində minlərlə insan həlak olub. Quldurlar bir neçə ştatın ərazilərini əhatə edən geniş meşəlik ərazilərdə gizlənirlər.
Almaz Həsənli