Danimarka Trampın Qrenlandiya planlarına cavab olaraq "Bir neçə ştat almaqla" hədələyir
Danimarka Parlamentinin Müdafiə Komitəsinin rəhbəri Rasmus Jarlov ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək təhdidlərinə cavab olaraq "bir neçə ştat almaqla" hədələdi. Müvafiq paylaşım onun sosial media səhifəsində dərc olunub.
"Xoşbəxt deyilik, amma Danimarkanın iqtisadi artımı yaxşıdır. Özümüz bir neçə ştat ala bilərik", Jarlov ölkənin 2025-ci ildəki iqtisadi artımını şərh edərkən yazıb.
22 dekabrda Tramp respublikaçı Luiziana qubernatoru Jeff Landry-nin Qrenlandiya üzrə xüsusi elçisi təyin olunduğunu elan etdi. Landry təyinata görə Trampa təşəkkür etdi və ölkənin adanı almaq niyyətini təsdiqlədi. Tramp daha sonra izah etdi ki, ABŞ-ın öz milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiyaya ehtiyacı var.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ-ın adanı ələ keçirmək istəyindən təəssüfləndiyini bildirib, Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen isə ABŞ-ın Qrenlandiyaya hücumunun bütün Danimarkaya hücuma bərabər olacağını bildirib.
Əziz Mustafa























































.jpg)
.jpg)
.jpg)
























