"Moskva Göz Yaşlarına İnanmır": Vera Alentova öldü
Rusiyanın Xalq Artisti Vera Alentova 83 yaşında vəfat edib. Aktrisa 25 dekabrda Anatoli Lobotski ilə vida mərasimi zamanı xəstələnib və dərhal xəstəxanaya yerləşdirilib. SHOT-un məlumatına görə, ölümün səbəbi kəskin ürək çatışmazlığı olub.
Alentova 1942-ci ildə Arxangelsk vilayətində anadan olub. 1961-ci ildə Moskvaya köçüb və SSRİ-nin Qorki adına Moskva İncəsənət Teatrının V.İ.Nemiroviç-Dançenko adına Məktəb-Studiyasının aktyorluq şöbəsinə daxil olub. Məzun olduqdan sonra Alentova Puşkin adına Moskva Dram Teatrının truppasına qoşulub və 1965-ci ildə "Uçan Günlər" filmində müəllim rolunu canlandıraraq kinoda debüt edib.
Aktrisa Oskar mükafatı qazanmış "Moskva Göz Yaşlarına İnanmır" filmindəki baş rolu, eləcə də "Sabah müharibə idi", "Şirli-Mirli", "Balzak dövrü, yoxsa bütün kişilər alçaqdır" və bir çox digər filmlərdəki rolları ilə geniş şöhrət qazanıb.
Alentova, Moskva İncəsənət Teatrında oxuyarkən tanış olduğu rejissor Vladimir Menşovla təxminən 60 il evli olub. 2021-ci ildə, rejissorun ölümündən sonra, ərinin ölümünün onun üçün nə qədər çətin olduğunu açıqlayıb.
"Mənim üçün o, getməyib. Biz hələ də bir yerdəyik, mən ona hər şeyi danışıram... Sadəcə, mən yaşadığım yerdə yaşayıram, o isə başqa mənzilə köçüb", - deyə Alentova bildirib.
Əziz Mustafa














































.jpg)
.jpg)
.jpg)

































