Şimali Koreya özünün tikilməkdə olan atom sualtı qayıdını nümayiş etdirdi
Şimali Koreya Xalq Demokratik Respublikasının (ŞKXR) lideri Kim Çen In strateji idarə olunan raketlərlə təchiz edilmiş atom sualtı qayıdının tikildiyi əraziyə baş çəkib.
O, respublikanın "nüvə qalxanın" daha da gücləndirilməsinə çağırıb və bunu "mövcud nəslin borcu" adlandırıb.
Kim Çen In 8,7 min tonluq atom sualtı qayıdını yoxlayıb. O, yeni "gizli sualtı silahlar" haqqında tədqiqatla tanış olub, həmçinin "Hərbi Dəniz Qüvvələrinin yenidən təşkili və yeni bölmələrin yaradılması ilə bağlı strateji planları" müəyyən edib. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Şimali Koreya lideri strateji hücum atom sualtı qayıdının tikintisinin ŞKXR-nin özünü müdafiə etməsi üçün vacibliyini qeyd edib. O, Cənubi Koreyanın ABŞ ilə birlikdə atom sualtı qayıdının hazırlanması planlarının Koreya yarımadasındakı qeyri-sabitliyi "daha da artıracağını" düşünür. "Biz bunu ölkəmizin dəniz suverenliyinə ciddi şəkildə təcavüz edən təcavüz aktı və təhlükəsizliyə təhdid kimi qəbul edirik, buna cavab vermək lazımdır", - deyə Kim Çen In vurğulayıb.
ŞKXR lideri hesab edir ki, Pxenyan "düşmənlərə strateji suverenliyinə və təhlükəsizliyinə təcavüzün mütləq ödəniləcəyini" və "hərbi variantdan istifadə etməyə cəhd etsələr, amansız cavab zərbələri ilə qarşılaşacaqlarını" başa salmalıdır. "Biz Hərbi Dəniz Qüvvələrini və onların strateji tərkibini daima və çoxşaxəli şəkildə gücləndirəcək, müxtəlif səthi və sualtı gəmilərin tikinti sürətini artıracaq, onların miqyasını böyüdəcək, həmçinin onları müxtəlif hücum silah sistemləri ilə fasiləsiz birləşdirəcəyik", - deyə Kim Çen In əmin edib.
Mart ayında ŞKXR lideri ölkənin ilk atom sualtı qayıdının tikintisinin zəruriliyini rəsmən eləyəcəyi tərsanəyə baş çəkib. Bu, Kim Çen In-in casus peyklər və bərk yanacaqla işləyən qitələrarası ballistik raketlərlə yanaşı hazırlamağa söz verdiyi qabaqcıl silah sistemləri sırasındadır. Cənubi Koreyanın "Yonhap" agentliyinin məlumatına görə, Şimali Koreya 150 nüvə başlığına malikdir və 2040-cı ilə qədər bu rəqəmi 400-dən çox artırmaq imkanına malikdir.
Almaz Həsənli





























.jpg)
.jpg)
.jpg)

















































