İŞİD lideri Dəməşq ətrafında saxlanılıb
Suriya Daxili Təhlükəsizlik Qüvvələri cümə axşamı günü SANA xəbər agentliyinin məlumatına görə, Suriya Daxili Təhlükəsizlik Qüvvələri Dəməşq ətrafında İslam Dövləti (Rusiyada qadağan olunmuş İŞİD) terrorçu qrupunun liderini saxlayıb. Agentliyin məlumatına görə, sözügedən terrorçu Dəməşqdə İŞİD özəyinin lideri hesab edilən Tahi əl-Zubidir.
Suriya Daxili İşlər Nazirliyinin Dəməşq Vilayət İdarəsinin rəisi general Əhməd əl-Dalati əməliyyatın ölkənin Baş Kəşfiyyat İdarəsi və İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirildiyini qeyd edib. Əl-Dalati əlavə edib ki, basqın zamanı silahlar və intihar kəməri ələ keçirilib.
"Terrorizmlə məşğul olmağa və ya İŞİD-i dəstəkləməyə cəsarət edən hər kəsə aydın bir mesaj göndəririk: ədalət qüvvəsi onlara harada olursa olsun çatacaq və onlar bizim torpaqlarımızda sığınacaq tapa bilməyəcəklər", - deyə suriyalı general vurğulayıb.
Əziz MUSTAFA




























.jpg)
.jpg)
.jpg)


















































