Ermənistan hakimiyyəti "Şoğakat" kilsə kanalını yayımlayan telekompaniyanı ləğv edib

Ermənistan hakimiyyəti "Şoğakat" kilsə kanalını yayımlayan telekompaniyanı ləğv edib

13:19
Bəyəndim (2) Bəyənmədim (0)

Ermənistan Nazirlər Kabineti "Şoğakat" kilsə telekanalını yayımlayan tele-radio şirkətini ləğv edib. Bu barədə “RİA Novosti” hökumətin ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyanın təqdim etdiyi qərarına istinadən məlumat yayıb.

Sənəddə deyilir: "QSC "İctimai mənəvi-mədəni tele-radio şirkəti" ləğv edilsin".

Qeyd olunur ki, dövlət əmlakının idarə edilməsi komitəsinin rəhbərinə 15 gün ərzində ləğvetmə komissiyası yaratmaq tapşırılıb. Öz növbəsində, ictimai yayım şurası QSC-nin sənədlərini və əmlakını, o cümlədən pul, qiymətli kağızlar və əmlak hüquqlarını komissiyaya təhvil verməlidir.

Noyabrın sonunda Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın ailəsinə məxsus "Erməni vaxtı" qəzeti, bütün ermənilərin katolikosu II Qaregini istefaya çağıran bəyanat dərc edib. Müraciətdə iddia olunurdu ki, patriarx seçkiləri ədalətsiz olub, hazırda isə kilsədə "sağlam olmayan atmosfer" və böhran hökm sürür.

Almaz Həsənl