Almaniya hava hücumundan müdafiə sistemini gücləndirmək üçün Ukraynaya AIM-9 Sidewinder raketləri verəcək
Almaniya hava hücumundan müdafiə sistemini gücləndirmək üçün Ukraynaya çoxlu sayda AIM-9 Sidewinder raketləri təhvil verməyi planlaşdırır.
EP-nin məlumatına görə, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Onun sözlərinə görə, Berlin artıq Ukraynanın hava hücumundan müdafiə sistemini əhəmiyyətli dərəcədə gücləndirib. Xüsusilə, bu, avqust ayında əldə edilən razılaşmalara əsasən iki Patriot hava hücumundan müdafiə raket sisteminin təhvil verilməsini nəzərdə tutur. Bu tədarüklərin bəziləri norveçli tərəfdaşların iştirakı ilə başa çatdırılıb.
Bundan əlavə, Ukrayna doqquzuncu IRIS-T hava hücumundan müdafiə sistemini alıb. Növbəti addım gələn il üçün planlaşdırılan Sidewinder raketlərinin Bundesver ehtiyatlarından təhvil verilməsi olacaq. Almaniya müdafiə naziri vurğulayıbki, "Gələn il Ukraynanın hava müdafiəsini gücləndirmək üçün ehtiyatlarımızdan çox sayda Sidewinder raketi verəcəyik".
AIM-9 Sidewinder, 1950-ci illərin ortalarında Raytheon tərəfindən hazırlanmış Amerika qısa mənzilli hava-hava raketidir. 1956-cı ildə istifadəyə verildiyi vaxtdan bəri AIM-9 çoxsaylı təkmilləşdirmələrə məruz qalıb və hələ də seriyalı istehsaldadır. AIM-9 variantlarının əksəriyyəti infraqırmızı homing sistemi ilə təchiz olunub.
1955-ci ildən bəri 200.000-dən çox raket atılıb ki, bu da AIM-9-u tarixdə ən çox istehsal olunan hava-hava raketlərindən birinə çevirir. Bundan əlavə, onlar 270 təyyarəni vurublar ki, bu da digər hava-hava raketlərindən daha çoxdur.
AIM-9 ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstraliya və digər ölkələrdə xidmətə başlayıb. İllər ərzində raket 50-dən çox ölkənin hava qüvvələri tərəfindən istifadə olunub.
Eurofighter Typhoon Bundesverdə bu raketlərin əsas daşıyıcısıdır. Ukraynada Sidewinder raketləri F-16 qırıcıları tərəfindən, xüsusən də Rusiyanın kütləvi dron və raket hücumlarına qarşı istifadə olunur.
Əziz MUSTAFA





























.jpg)
.jpg)
.jpg)

















































