Mer Sobyanin Moskvada 500.000 nəfərlik işçi qüvvəsi çatışmazlığı olduğunu açıqladı

Mer Sobyanin Moskvada 500.000 nəfərlik işçi qüvvəsi çatışmazlığı olduğunu açıqladı

15:12
Bəyəndim (1) Bəyənmədim (0)

Moskvada işçi qüvvəsi çatışmazlığı 500.000-ə çatıb. TASS xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin deyib. O,bunun ölkənin demoqrafik vəziyyətinin çatışmazlığı və vəziyyətin daha da pisləşəcəyini söyləyib.

"Moskvada işçi qüvvəsi çatışmazlığı 400.000 ilə 500.000 arasındadır", - Sobyanin Moskva Şəhər Dumasında Moskva hökumətinin işi ilə bağlı hesabat verərkən bəyan edib.

Bu həftə Prezidentin Davamlı İnkişaf Sahəsində Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə Xüsusi Nümayəndəsi Boris Titov işçi qüvvəsi çatışmazlığının hind mütəxəssislərinin köməyi ilə həll edilə biləcəyini bildirdi. O, əlavə etdi ki, hökumətin 2025-ci il üçün viza tələb olunan ölkələr üçün kvotası 235.000 yer olaraq müəyyən edilib. Cənab Titov əlavə edib ki, bunlardan 30%-i (71 min yer) Hindistandan olan işçilər üçün ayrılıb.
Əziz MUSTAFA