Çinli alimlər vakuum qatarını sürətləndirməkdə rekord qırıblar

Çinli alimlər vakuum qatarını sürətləndirməkdə rekord qırıblar

10:18
Bəyəndim (2) Bəyənmədim (0)


Çinli mühəndislər elektromaqnit dartma qüvvəsi ilə işləyən çoxtonlu platforma-vaqonun 700 km/saat sürətinə çatdırılması üzrə uğurlu sınaqlar keçiriblər. Nəticə cəmi iki saniyəyə əldə olunub. Beləliklə, alimlər bu cür konstruksiyalar üçün dünya rekordunu müəyyən ediblər. Oxuməni.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilir ki, sınaqlar 400 metrlik xəttdə aparılıb, maqnit yastıqlı platforma göstərilən səviyyəyə qədər sürətlənib, sonra isə dayanıb.
Maqnit levitasiyası sahəsində texnologiyanın hazırlanması ilə Hunan əyalətinin Çanşa şəhərində yerləşən Müdafiə Elmi-Texniki Universitetinin mütəxəssisləri 10 il ərzində məşğul olublar.
Televiziya kanalının məlumatına görə, sınaqların nəticələri elektromaqnit dartma qüvvəsi ilə işləyən vakuum nəqliyyatının inkişafı üçün yeni imkanlar açır. Məlumdur ki, Çində müasir qatarlar 350 km/saat sürətinə çata bilirlər.
Bu sistem İlon Maskın Hyperloop layihəsinə analoji olaraq, qatarların dəmiryolunda deyil, vakuum tunellərində hərəkət etməsini nəzərdə tutur. Bununla belə, Hyperloop heç bir ölkədə tam olaraq reallaşdırılmayıb.
Almaz Həsənli