Avstraliya Böyük Sədd rifi adalarından birini amerikalılara 1,2 milyard dollara satıb

Avstraliya Böyük Sədd rifi adalarından birini amerikalılara 1,2 milyard dollara satıb

15:10
Bəyəndim (3) Bəyənmədim (0)

Amerikan investisiya fondu Blackstone Hamilton adasını alıb. Bu, Böyük Sədd riflərinin bir hissəsi olan Vitsandey adaları silsiləsinin ən böyüyüdür.
Oxuməni.az “Kommersant”a istnadla xəbər verir ki, şirkət alışın məbləğini açıqlamır, lakin Avstraliyanın “ABC” telekanalı bildirir ki, Blackstone adaya 1,2 milyard dollar ödəyəcək, əgər bu sövdələşmə Hamiltonın ərazisinin bir hissəsi olduğu Kvinslend ştatının rəsmiləri tərəfindən təsdiqlənsə. ABC-yə müsahibə verən ekspertlər sövdələşmənin qiymətini "fövqəladə" adlandırır və adada daşınmaz əmlakın qiymətinin artacağını gözləyirlər.
Hamilton adası Kvinslend sahillərindən 12 km aralıda yerləşir və sahəsi təxminən 1130 hektardır. Adanın adı, güman edilir ki, 1866-1868-ci illərdə adaları xəritəyə salan dəniz ekspedisiyasının iştirakçılarından birinin şərəfinə verilib. 1975-ci ildə adanı avstraliyalı sahibkar Kit Vilyams alıb və onu mal-qara otarmaq üçün istifadə edib, daha sonra isə 1980-ci illərdən etibarən çox populyarlaşan bir kurortun tikintisinə və abadlaşdırılmasına başlayıb. 1987-ci ildə "The Beatles" qrupunun üzvlərindən biri, Corc Harrison, həyat yoldaşı Olivia ilə birlikdə orada ev tikdiriblər. Cütlük musiqiçinin 2001-ci ildə vəfatına qədər orada mütəmadi olaraq vaxt keçirib. 2003-cü ildə adanı şərab istehsalçısı Robert Outli təxminən 300 milyon dollara alıb.
Hazırda Hamiltonda yaşayış infrastrukturundan əlavə 5 bahalı otel, 20-dən çox restoran və bar, 20 mağaza, qolf meydançası, yaxta dayanacağı, aeroport yerləşir. Adanın əhalisi təxminən 2 min nəfərdir.
Almaz Həsənli