2026-cı ildə Rusiyaya 40.000 hindistanlı miqrant işçi gələcək

2026-cı ildə Rusiyaya 40.000 hindistanlı miqrant işçi gələcək

12:46
Bəyəndim (3) Bəyənmədim (0)

2026-cı ildə Rusiyaya ən azı 40.000 hindistanlı miqrant işçi gələ bilər. Bu barədə Prezidentin Davamlı İnkişaf üzrə Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə Xüsusi Nümayəndəsi Boris Titov məlumat verib.

Titov qeyd edib ki, Hindistan Rusiyaya işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaqda kömək edə bilər. O əlavə edib ki, Rusiya hind mütəxəssislərinə artan maraq göstərir. 2022-ci ildə hindlilərə təxminən 8000 iş icazəsi verilsə də, bu rəqəm 2023-cü ildə 14000-i, 2024-cü ildə isə 36000-i keçib. 2025-ci il üçün hökumətin viza tələb edən ölkələr üçün kvotası təxminən 235000 yer olaraq müəyyən edilib ki, bunun da təxminən 30%-i — 71800-ü hindli işçilər üçün ayrılıb.

Prezidentin nümayəndəsi RİA Novosti-yə verdiyi şərhdə aydınlıq gətirib: "Faktiki rəqəm hələ məlum deyil, lakin 40000-dən az olmaması gözlənilir".

Boris Titov həmçinin qeyd edib ki, hindli işçilər və mütəxəssislər digər ölkələrin inkişafında, xüsusən də Dubayın tikintisində geniş təcrübəyə malikdirlər. O əlavə edib ki, əmək miqrasiyası Hindistan üçün valyuta gəlirlərinin əhəmiyyətli mənbəyidir; 2024-cü ildə xaricdən ölkəyə pul köçürmələri ümumilikdə 129 milyard dollar təşkil edib.

Əziz MUSTAFA