Xilasedicilər Texasda Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzasında sağ qalanları tapdılar

Xilasedicilər Texasda Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzasında sağ qalanları tapdılar

07:53
Bəyəndim (3) Bəyənmədim (0)

Texasda Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarənin qəzasından dörd nəfər sağ qalıb. Bu barədə Hərbi Dəniz Qüvvələri Departamentinin X sosial media səhifəsində məlumat verilib.

Humanitar missiya yerinə yetirən King Air təyyarəsinin göyərtəsində səkkiz nəfər olub: dörd hərbçi və dörd mülki şəxs. Qəzadan sonra ABŞ Sahil Mühafizəsi dərhal axtarış-xilasetmə əməliyyatına başlayıb. Dörd sağ qalan tapılıb. İki nəfər xilas edilməyib. Hazırda qəzaya uğrayan təyyarənin içərisində qalan iki nəfərin axtarışı davam edir.

Hərbi Dəniz Qüvvələri Departamenti əlavə edib ki, qəza ilə bağlı araşdırma başlayıb və lazımi prosedurları tamamlamaq üçün Hyustondakı Meksika Konsulluğu ilə əlaqələndirilərək aparılır.

23 dekabrda tibbi yardım missiyası yerinə yetirən Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarənin Texas ştatının Qalveston şəhəri yaxınlığında eniş zamanı qəzaya uğradığı bildirilib. King Air təyyarəsi Qalveston körfəzinə düşüb.

Dekabrın 19-da kiçik bir mühərrikli təyyarənin uçuş məktəbindən oğurlandıqdan sonra Los-Anceles yaxınlığındakı hava limanı terminalına çırpıldığı bildirildi.

Daha əvvəl Korsikaya uçan təyyarənin qanadında yanğın baş vermiş və "burun hissəsi çökmüşdü".

Əziz MUSTAFA