Qorbaçov və Reyqanın görüşdüyü villa Cenevrədə satılır
Cenevrə gölünün sahilində yerləşən tarixi Villa Fleur d'Eau , burada Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov (1931-2022) və ABŞ Prezidenti Ronald Reyqanın (1911-2004) 19 noyabr 1985-ci ildə Soyuq Müharibənin sonuna səbəb olan görüşləri baş tutub. Əmlak 23 milyon İsveçrə frankına (29 milyon dollar) satışa çıxarılıb. Bu barədə Blick qəzeti məlumat verib.
Onun sözlərinə görə, malikanədə 12 otaq var və təxminən 1000 kvadratmetr sahəni əhatə edir. Bina 1867-ci ildə bir bankir tərəfindən sifariş edilib. Hazırda onu satışa çıxaran beynəlxalq şirkət malikanəni 1996-cı ildə 2,4 milyon franka alıb. Alıcılara həmçinin Monblan mənzərəli 12.000 kvadratmetrlik bitişik park sahəsi təklif olunur. Qeyd olunur ki, villa əvvəllər payızda hərraca çıxarılıb, lakin satılmayıb.
Qorbaçovla Reyqan arasında görüş 19-21 noyabr 1985-ci il tarixlərində Cenevrədə baş tutub. Bundan əvvəl 1979-cu ildə Sovet qoşunlarının Əfqanıstana yeridilməsi nəticəsində SSRİ ilə ABŞ arasında münasibətlərdə daha bir soyuqlaşma dövrü baş verib. 1981-ci ildə hakimiyyətə gələn Reyqan Sovet İttifaqını "şər imperiyası" adlandırıb və kosmik raket əleyhinə proqramın hazırlanmasına başlayıb. Cenevrə danışıqlarından sonra tərəflər "nüvə müharibəsinin qəbuledilməz olduğunu", çünki "onda qalib ola bilməyəcəyini" etiraf etdilər və "bir-birindən hərbi üstünlük" axtarmayacağına söz verdilər.
Əziz Mustafa



















































































