İsrail ABŞ-ı İranın mümkün hücumu barədə xəbərdar edib

İsrail ABŞ-ı İranın mümkün hücumu barədə xəbərdar edib

15:36
Bəyəndim (2) Bəyənmədim (0)


İsrail, hərbi kəşfiyyat kanalları vasitəsilə ABŞ prezidentinin administrasiyasına İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) genişmiqyaslı raket təlimlərinin real zərbəyə hazırlıq üçün pərdə ola biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə “Axios”, İsrail və ABŞ mənbələrinə istinadən yazıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, dekabrın 20-də İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ABŞ Mərkəzi Komandanlığının rəisi, admiral Bred Kuperlə telefonla danışıb. Dekabrın 21-də Təl-Əvivdə keçirilən görüşdə cənab Zamir İran raketlərinin hərəkətinin hücuma hazırlıq ola biləcəyini bildirib və müdafiənin koordinasiyasını çağırıb.
İsrail mənbələrindən biri hücum ehtimalını 50%-dən az hesab edir, lakin Qüds 2023-cü ilin oktyabrında HƏMASın işğalından sonra riskə dözümlülük səviyyəsini aşağı salıb. “Axios” mənbəsinin məlumatına görə, ABŞ kəşfiyyatı hələlik İran zərbəsinin qaçılmazlığına dair əlamətlər görmür.
Almaz Həsənli