Rusiyanın Blagoveşensk şəhərində özünü başqa şəxs kimi təqdim edən azərbaycanlı mühakimə olunub

Rusiyanın Blagoveşensk şəhərində özünü başqa şəxs kimi təqdim edən azərbaycanlı mühakimə olunub

12:06
Bəyəndim (2) Bəyənmədim (0)


Blaqoveşçenskdə qanunsuz miqrasiya təşkil etdiyinə görə məhkəmə qarşısına çıxan bir Azərbaycan vətəndaşı mühakimə olunub. Həmin şəxs həmyerlisinin adından rus dili və Rusiya tarixi imtahanı verib. Oxuməni.az-ın “Portamur” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Amur Vilayət məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
2024-cü ilin noyabr ayında həmin şəxs həmyerlisinin adını daşıyaraq Amur Dövlət Universitetinin test mərkəzində onun əvəzinə hərtərəfli imtahan (rus dili, tarixi və hüququ) verib. Bu, patent almaq üçün lazım idi.
Blaqoveşçensk Rayon Məhkəməsi həmin şəxsi Rusiya Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilib. O, iki il sınaq müddəti olmaqla iki il şərti cəzaya məhkum edilib.
Almaz Həsənli