Tramp astronavtların 2028-ci ilə qədər Aya qayıtmasını tələb edən fərman imzalayıb
ABŞ prezidenti Donald Tramp 2028-ci ilə qədər Amerika astronavtlarının Aya qayıtmasını tələb edən fərman imzalayıb.Bu barədə Oxuməni.az “Reuters”ə istinadən xəbər verir.
Ağ Evin bəyanatına görə, fərman 2028-ci ilə qədər, yəni Konstitusiyaya uyğun olaraq Trampın prezidentliyinin son tam ilində astronavtların Ay səthinə qayıtmasını və 2030-cu ilə qədər daimi Ay bazasının ilk elementlərinin yaradılmasını nəzərdə tutur.
Bəyanatda vurğulanır ki, bu fərman ABŞ-ın kosmosdakı liderliyini gücləndirməyə, həmçinin milli təhlükəsizlik və kommersiya maraqlarını təşviq etməyə yönəlib.
Planlara Ay səthində və orbitdə nüvə reaktorlarının yerləşdirilməsi daxildir.
Ağ Ev vurğulayıb ki, növbəti nəsil kosmik texnologiyaların dəqiq kənd təsərrüfatı, hava proqnozu, uçuş təhlükəsizliyi və qlobal genişzolaqlı internetə çıxış kimi sahələrə töhfə verəcəyi gözlənilir.
Ay səthində istifadəyə hazır nüvə reaktorunun hazırlanması 2030-cu ilə planlaşdırılıb.
Almaz Həsənli






























.jpg-1.jpg)
.jp-1.jpg)
.jpg-1.jpg)


















































