Ukraynada həlak olan kapral Hulinin cənazəsi Böyük Britaniyaya çatdırılıb

Ukraynada həlak olan kapral Hulinin cənazəsi Böyük Britaniyaya çatdırılıb

18 Dekabr 11:23
Bəyəndim (3) Bəyənmədim (0)


Ukraynada həlak olan kapralın cəsədinin olduğu tabut Böyük Britaniyaya çatdırılıb. Britaniya Müdafiə Nazirliyi bu barədə X sosial media səhifəsində məlumat verib.

Bəyanatda bildirilir ki, müdafiə nazirliyi cəsədi vətəninə qaytarılan kapral Corc Hulinin xatirəsini yad edir.

10 dekabrda Press Association Böyük Britaniyanın gizli şəkildə Ukraynaya paraşütçülər göndərdiyini və bu addımın yalnız Ukrayna təlim poliqonunda Britaniya əsgərinin ölümündən sonra ictimaiyyətə açıqlandığını bildirib.

The Sun qəzeti mənbələrə istinadən bildirib ki, Ukraynada Britaniya əsgərinin ölümü ilə nəticələnən qəza ən azı dörd Ukrayna hərbçisinin həyatına son qoyub.

Böyük Britaniya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ukrayna qoşunlarının cəbhə xəttindən uzaqda yeni müdafiə sistemini sınaqdan keçirdiyini müşahidə edən hərbçi qəza nəticəsində xəsarət alıb.
Oxuməni.az