Moskva Bakıda “Rus evi”nin açılmasında maraqlıdır

Moskva Bakıda “Rus evi”nin açılmasında maraqlıdır

16 Dekabr 15:22
Bəyəndim (5) Bəyənmədim (0)


Rusiya Bakıda “Rus evi”nin tezliklə açılmasında maraqlıdır, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin bildirib.
O, iki ölkənin xarici siyasət idarələri xətti ilə Moskva və Bakı arasındakı əlaqələrin bütün gündəliyi, o cümlədən humanitar komponenti əhatə edəcəyinə əmin edib. Diplomat, “RİA Novosti”-nin verdiyi məlumata görə, Azərbaycan paytaxtında “Rus evi”nin fəaliyyəti məsələsinə ayrıca toxunub.
"Bizim ölkələrimizin dost xalqları arasındakı əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verən Bakıdakı Rus evinin fəaliyyətinin tezliklə bərpa olunması üçün qarşılıqlı məqbul həllər axtarışındayıq" – Mixail Kalugin bildirib.
Kaluqinin “Rus evi” israrı Rusiyada soydaşlarımıza qarşı artan təzyiq kampaniyası fonunda məxsusi diqqət çəkir. İstisna deyil ki, xarici işlər nazirinin müavini Mixail Qaluzinin ötən həftə Bakıya qəfil və müəmmalı səfərinin hədəflərdən biri də bu olub. Odur ki, aşağıdakı ritorik sual öz aktuallığını saxlayır: Moskva niyə “Rus evi”nin açılmasında bunca israrlıdır?
Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan paytaxtında “Rus evi”nin fəaliyyətinin dayandırılması barədə məlumatlar yayılmışdı. Rusiya tərəfi vəziyyətin tənzimlənməsinə nail olmağı hədəfləyir.
Almaz Həsənli