Donald Tramp fentanili kütləvi qırğın silahı elan etdi
ABŞ prezidenti fentanili kütləvi qırğın silahı ilə bir tutdu. Donald Tramp imzaladığı fərmanda qeyd edib ki, "qanunsuz istehsal olunan fentanil narkotik vasitədən çox kimyəvi silaha yaxındır". Oxuməni.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Amerika lideri vurğulayıb ki, əsasən mütəşəkkil cinayətkar dəstələrin məşğul olduğu bu maddənin yayılması və istehsalı ABŞ-ın milli təhlükəsizliyi üçün təhdiddir.
Tramp qeyd edib ki, cəmi iki milliqram fentanil ölümcül təhlükəlidir və doza həddinin aşılmasından yüz minlərlə amerikalı həlak olub.
Donald Tramp, ABŞ prezidenti: "Belə bir təsirə malik heç bir bomba yoxdur. Bu müharibə olsaydı, ən dəhşətli müharibələrdən biri olardı. Mən düşünürəm ki, son beş-altı ildə hər il 200 000-dən 300 000-ə qədər insan həlak olub. Siz 100 000 haqqında eşidirsiniz, bu çoxdur, lakin real rəqəm daha yüksəkdir. Bu, sübut olunmuş faktdır. Çoxlu ailələr dağılıb."
Fərman, Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyinə fentanilin istehsalı və yayılması ilə mübarizə üçün əlavə tədbirlər görməyi tapşırır. Dövlət Departamentinə və Xəzinədarlıq Nazirliyinə fentanil ticarətində iştirak edən maliyyə qurumlarının və qruplarının aktivlərini izləmək və onlara sanksiyalar tətbiq etmək tapşırılıb. Daxili Təhlükəsizlik Nazirinə kütləvi qırğın silahlarının aşkar edilməsi üçün əvvəllər istifadə olunan kəşfiyyat mənbələrindən istifadə edərək "fentanil ticarəti ilə əlaqəli təhdid şəbəkələrini müəyyənləşdirmək" tapşırılıb.
Narkotik vasitə kimi istifadə olunan fentanil, əsasən Meksikadan və qismən Kanadadan, istehsal üçün lazım olan inqrediyentlər isə əsasən Çindən ABŞ-a qaçaqmal yolu ilə böyük miqdarda gətirilir. Sentyabrdan bəri ABŞ, Vaşinqtonun narkotik ticarətində iştirak etdiyinə inandığı gəmilərə Sakit okean və Karib dənizində zərbələr endirir.
Almaz Həsənli




















.jpg)









































.jpg)
.jpg)
.jpg)

















