Tramp: ABŞ Avropa ilə birgə Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində  işləyir

Tramp: ABŞ Avropa ilə birgə Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləyir

16 Dekabr 2025 08:02
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində Avropa ilə işləyir. O bildirib ki, Avropa bu prosesin əsas hissəsi olacaq. Bu barədə Oxuməni.az Ağ Evin yayımına istinadən məlumat yayıb. Mətbuat konfransı zamanı jurnalistlər qeyd ediblər ki, görünür, Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər bir razılaşma hazırlanır, lakin Kiyevin Alyansa üzvlüyü olmadan.

Bu səbəbdən müxbirlər Ukraynaya belə zəmanətlər təklif olunarsa, ərazidən imtina etmək üçün hansı təşviqin olacağını soruşublar (Donbası nəzərdə tutur). Tramp buna cavab verdi:
"Düzünü desəm, onlar artıq ərazilərini itiriblər. Yəni, onlar artıq ərazilərini itiriblər. Amma təhlükəsizlik zəmanətlərinə gəldikdə, Avropa ilə işləyirik. Avropa bunun böyük bir hissəsi olacaq. Biz müharibənin yenidən başlamaması üçün təhlükəsizlik zəmanəti üzərində işləyirik", - deyə ABŞ prezidenti bildirib.
Xatırladaq ki, noyabr ayında ABŞ müharibəyə son qoymaq üçün 28 maddəlik yeni sülh planı təqdim etdi. Sənəd hələ də tamamlanmaq üzrədir, çünki əvvəlcə açıq şəkildə Rusiyanın xeyrinə idi və əsas məsələlər - ərazi, təhlükəsizlik zəmanətləri və s. - hazırda həll olunur.

Bu arada, Wall Street Journal qəzeti ABŞ-ın Kiyevin Alyansa rəsmi üzvlüyü olmadan Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri təklif etdiyini bildirmişdi.

Mənbələrə görə, ABŞ sülh danışıqlarında "dalanı pozmaq" cəhdi ilə hər hansı bir təcavüzə qarşı müdafiə vəd edib.

Əziz MUSTAFA