Putin Maduroya zəng edərək onu dəstəkləyib

Putin Maduroya zəng edərək onu dəstəkləyib

14:02
Bəyəndim (3) Bəyənmədim (0)


Rusiya Prezidenti Vladimir Putin "Venesuela xalqının cəsarətinə heyran qalıb" və Venesuela Prezidenti Nikolas Maduronu dəstəkləyib. Venesuela lideri bu açıqlamanı “Venezolana de Televisión” televiziya kanalında verib.
Oxuməni.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Maduro deyib: "Bu gün dostumuz, böyük qardaşımız Rusiya Prezidenti Vladimir Putinlə uzun bir telefon danışığım oldu".
Venesuela Prezidentinin sözlərinə görə, Putin ölkəsinin suverenliyini qorumaq və Latın Amerikasında sülhü qorumaq səylərini "qətiyyətlə dəstəkləyib".
Rusiya və Venesuela liderləri cümə axşamı, 11 dekabrda danışıblar. Söhbət zamanı Putin və Maduro "2025-ci ilin noyabrında qüvvəyə minən strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsinə uyğun olaraq" Rusiya-Venesuela münasibətlərinin daha da inkişaf etdirilməsini müzakirə ediblər.
Kremlin mətbuat xidməti həmçinin qeyd edib ki, Putin Maduro hökumətinin "artan xarici təzyiq qarşısında milli maraqları və suverenliyi qorumaq" kursunu dəstəklədiyini bildirib.
Dekabrın əvvəlində ABŞ senatoru Markveyn Mallin ABŞ-ın Maduroya könüllü olaraq ölkədən ayrılmaq təklif etdiyini bildirmişdi: "Biz Maduroya şans verdik. Dedik ki, o, Rusiyaya və ya başqa bir ölkəyə gedə bilər".
Bundan əvvəl "Politico" mənbələri Maduroya qeyri-rəsmi olaraq ABŞ-ın onun vəzifəsindən ayrılmasına və Rusiyaya və ya başqa bir ölkəyə sürgünə getməsinə icazə vermək istəyi barədə məlumat verildiyini bildirmişdilər. Bu arada, nəşrin məlumatına görə, Trampın yaxın çevrəsindən bəziləri Venesuela liderinin həbsini və ABŞ-da ədalət mühakiməsinə verilməsini dəstəkləyir.
Almaz Həsənli