ABŞ bu şəxsi yaxalamağa kömək edənə 5 milyon dollar mükafat elan edib

ABŞ bu şəxsi yaxalamağa kömək edənə 5 milyon dollar mükafat elan edib

10:17
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ rəsmiləri Ekvadorun "Los Choneros" cinayət qruplaşmasının lideri, "Çurron" kimi tanınan Frantsisko Manuel Bermudez Kaguanın saxlanılmasına kömək edən məlumata görə 5 milyon dollar mükafat ödəniləcəyini elan ediblər. Bu barədə “RİA Novosti” xəbər verib.
"ABŞ Frantsisko Manuel Bermudez Kaguanın həbsinə və/və ya məhkum edilməsinə gətirib çıxaracaq məlumata görə 5 milyon dollara qədər mükafat ödəniləcəyini elan edir", - deyə Dövlət Departamentinin məlumatında bildirilir.
"Çurron" narkotik və silah qaçaçılığı ilə məşğul olan dəstənin fəaliyyətinə rəhbərlik etməkdə ittiham olunur. Bundan əlavə, iyun ayında ona və onun tərəfdaşlarına Nyu-Yorkda kokainin idxalı və yayılması üçün sui-qəsd, həmçinin narkotiklərin qanunsuz dövriyyəsini dəstəkləmək məqsədilə odlu silahlara sahib olma ittihamları irəli sürülüb. Hazırda "Çurron" qaçqın vəziyyətindədir və ədalətdən gizlənir.
Dövlət Departamentinin məlumatına görə, "Los Choneros" Ekvadordakı ən qəddar cinayət təşkilatlarından biridir, "Sinaloa" karteli ilə əlaqələri var və ölkədəki əsas kokain tədarük marşrutlarını idarə edir. 2025-ci ilin sentyabrında ABŞ Dövlət Departamenti bu qruplaşmanı terrorçu təşkilatların siyahısına daxil edib, Ekvador hökuməti isə onu 2024-cü ilin yanvarında terrorçu kimi tanıyıb.
Qeyd olunur ki, bu mükafat təklifi Ekvador hökuməti ilə əməkdaşlıq şəraitində verilib.
Almaz Həsənli