Səfirlik NATO və Aİ-ni Rusiya ilə münaqişəyə hazırlaşmaqda ittiham etdi

Səfirlik NATO və Aİ-ni Rusiya ilə münaqişəyə hazırlaşmaqda ittiham etdi

12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Atlantika Alyansı və Aİ hazırda Rusiya ilə tammiqyaslı münaqişəyə hazırlaşır. Belçikadakı Rusiya səfirliyi bu barədə TASS-a NATO-nun baş katibi Mark Ruttenin açıqlamalarını şərh edərkən bildirib.

Diplomatik missiyanın açıqlamasında deyilir: "Bu, Rusiyadan mövcud olmayan bir təhlükəni şişirtməklə hərbi isteriyanı qızışdırmaq üçün qəsdən edilən bir cəhddir. Vəziyyəti daim gərginləşdirən və ölkəmizlə genişmiqyaslı münaqişəyə hazırlaşan Moskva deyil, NATO və Aİ rəhbərliyidir".

Səfirlik əlavə edib ki, Ruttenin açıqlamaları məsuliyyətsiz və təxribat xarakterlidir. Diplomatik missiya vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin Avropa ilə münaqişə planlarının olmadığını bildirib.

Bir neçə saat əvvəl Ruttenin NATO-nun "Rusiyanın növbəti hədəfi" olacağını bildirmişdi. Baş katib əlavə etdi ki, üzv dövlətlərin müdafiə xərclərinin artması nəzərə alınmaqla, hazırda ittifaq üçün "özünü təbrik etməyin vaxtı deyil".

Rutte həmçinin bildirib ki, NATO "babalarımızın və ulu babalarımızın" yaşadığı müharibəyə bənzər bir müharibəyə hazırlaşmalıdır. NATO-nun baş katibi iddia edib ki, ittifaqın müttəfiqlərinin çoxu Avropadakı Rusiya təhlükəsinin guya "təcililiyini" dərk etmir.

Əziz Mustafa