ABŞ-da onlarla körpə ByHeart Whole Nutrition qarışığı qəbul etdikdən sonra botulizm xəstəliyinə tutulub
ABŞ Qida və Dərman Administrasiyasının (FDA) məlumatına görə, ABŞ-da ByHeart Whole Nutrition körpə qarışığı qəbul etdikdən sonra botulizm diaqnozu qoyulmuş və ya şübhəli bilinən körpələrin sayı 51-ə çatıb.
Noyabr ayının sonunda agentlik uşaqlar arasında 37 botulizm hadisəsi qeydə alıb.
Bəyanatda deyilir: "10 dekabr tarixinə olan məlumata görə, 19 ştatda şübhəli və ya təsdiqlənmiş botulizmli 51 körpə və ByHeart Whole Nutrition qarışığının (müxtəlif partiyalardan) təsdiqlənmiş istehlakı qeydə alınıb".
Agentlik qeyd edib ki, ByHeart Whole Nutrition qarışığının bütün partiyalarının geri çağırılmasına baxmayaraq, məhsul hələ də bəzi mağazalarda mövcuddur. Agentlik həmçinin ABŞ-dan kənarda olan istehlakçıları potensial risklər barədə xəbərdar edib, çünki qarışığın xaricə göndərilmiş ola biləcəyi ehtimal olunur.
CBS-in məlumatına görə, iki xəstə uşağın valideynləri hazırda istehsalçını məhkəməyə verməyi planlaşdırırlar.
Əziz Mustafa





















































.jpg)
.jpg)
.jpg)

























