ABŞ ölkədə 18.000 terrorçunun olduğunu bildirib
ABŞ Milli Terrorla Mübarizə Mərkəzi ABŞ-da terror təşkilatlarının təsdiqlənmiş üzvü və oxşar cinayətlərdə şübhəli bilinən ən azı 18.000 nəfərin olduğunu təxmin edir. Bu barədə mərkəzin rəhbəri Cozef Kent Nümayəndələr Palatasının Vətən Təhlükəsizliyi Komitəsinin dinləməsində bildirib.
"Hazırda ölkədə əvvəlki ABŞ prezidenti Co Baydenin dövründə ölkəyə gələn 18.000 terrorçu və şübhəli şəxs müəyyən edilib", - deyə o bəyan edib.
Kent Nümayəndələr Palatasının üzvlərini təəccübləndirərək əlavə edib: "Bunlar yalnız bildiyimiz şəxslərdir, konqresmen".
ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, vəzifəyə başlamazdan əvvəl ölkəyə təxminən 25 milyon insan qanunsuz yolla daxil olub. O, dəfələrlə daha sərt immiqrasiya siyasətinin tərəfdarı olub. Andiçmədən sonra o, ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzaladı. Tramp ABŞ tarixində qanunsuz immiqrantların ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bildirdi.
Əziz Mustafa











































.jpg)
.jpg)
.jpg)



































