Tramp təklif edir ki, CNN "Warner Bros." sövdələşməsi çərçivəsində satılsın
ABŞ prezidenti Donald Tramp CNN telekanalının rəhbərliyini "vicdansız" hesab edir və telekanalı idarə edən şirkətin gələcəkdə Warner Bros. Discovery media konserninin sövdələşməsi çərçivəsində satılmasını tələb edir.
"Mən düşünürəm ki, son illərdə CNN-ə rəhbərlik edən insanlar bir utancdır. Mən düşünürəm ki, CNN-in satılması son dərəcə zəruridir, çünki siz heç də istəməzsiniz ki, bu insanlar nəticədə yaxşı pul qazansınlar və sonra CNN daha çox pul xərcləyərək zəhər yaysın, çünki bu hamısı yalandır, bu bir utancdır", - Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
O əlavə edib ki, onun fikrincə, CNN-in hazırkı rəhbərliyi "korrupsiyalaşmış və ya səriştəsizdir", onlar "CNN-i dibə vurdular", çünki "çox az insan" telekanala baxır. "Mən düşünürəm ki, hər hansı bir sövdələşmə CNN-in bu sövdələşmənin bir hissəsi olmasını və ya ayrıca satılmasını təmin etməlidir. Lakin mən düşünmürəm ki, CNN-ə rəhbərlik edən insanlar - və bu, çox vicdansız bir qrup insandır - ona rəhbərlik etmək imkanına sahib olmalıdırlar", - Tramp əlavə edib.
CNN, dekabrın əvvəlində Netflix ilə biznesinin bir hissəsini, əsasən kinostudiyaları və HBO Max platformasını satmaq barədə danışıqlara başlayan Warner Bros. Discovery konserninə daxildir. CNN, TBS və TNT kabel telekanalları sövdələşmənin bir hissəsi olmayacaq, onlar ayrıca bir şirkətə köçürüləcək. CNN, demokratlara yaxın, liberal kanal hesab olunur, onun aparıcıları tez-tez Trampı və respublikaçıları tənqid edirlər.
Eyni zamanda, Warner Bros. Discovery aktivlərinin alınması üçün media konqlomeratı Paramount Skydance də iddia edirdi və hələ də Netflix-i kənarlaşdıraraq rəqibini geri almağa ümid edir. Əvvəllər Amerika KİV-ləri Trampın Paramount Skydance-in sahiblərindən biri olan Lari Ellisonla yaxın münasibətdə olduğunu bildirmişdi. Tramp administrasiyası, Paramount Skydance-in Warner Bros. Discovery ilə birləşməsi halında Ellisonun CNN-də dəyişikliklər edəcəyinə ümid edir.
Almaz Həsənli



























.jpg)
.jpg)
.jpg)



















































