Putin sabah  Aşqabadda Ərdoğanla görüşəcək

Putin sabah Aşqabadda Ərdoğanla görüşəcək

15:50
Bəyəndim (2) Bəyənmədim (0)


Rusiya prezidenti Vladimir Putin 12 dekabrda Aşqabadda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, planlaşdırılan söhbətin mövzusunu açıqlamayıb.

Vladimir Putin 11-12 dekabr tarixlərində Türkmənistana səfər edəcək. O, Sülh və Etimad İli və Neytrallıq Gününə həsr olunmuş beynəlxalq forumda iştirak edəcək.

Kremlin mətbuat xidməti bildirib ki, cənab Putin forum çərçivəsində xarici həmkarları ilə bir neçə görüş keçirəcək. Rəcəb Tayyib Ərdoğanla görüşdən başqa heç bir əlaqə elan edilməyib.

Əziz MUSTAFA