NATO ölkələri ABŞ-ın hərbi ittifaqdan çıxmasına hazır deyil
NATO üzv ölkələrinin ABŞ-ın hərbi ittifaqdan çıxması halında ehtiyat planı yoxdur. Bu barədə Politico mənbələrə istinadən məlumat verib.
Mənbələrinə görə, NATO diplomatları Vaşinqtondan gələn siqnalları real hərəkətə hazırlıq kimi deyil, Aİ-yə xarici siyasətini Asiya və Arktika bölgələrinə yönəltmək üçün bir siqnal kimi şərh edirlər.
Alyansın adı açıqlanmayan bir diplomatı iddia edir ki, NATO ən böyük tərəfdaşı olan ABŞ-ın getməsindən sonra gələcəyi planlaşdıra bilməz, çünki "bu, hərbi ittifaqın məqsədinə zidd olardı".
Daha əvvəl Nümayəndələr Palatasının üzvü Tomas Massi (R-Kentukki) ABŞ-ın Şimali Atlantika Alyansından çıxmasını tələb edən qanun layihəsi təqdim etmişdi. Qanun layihəsinə görə, "NATO üzvlüyü ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun deyil". Nümayəndələr Palatasının qanun layihəsini nə vaxt nəzərdən keçirəcəyi hələlik məlum deyil. Bundan əvvəl qanun layihəsi müvafiq komitələrdən təsdiq almalıdır.
Əziz Mustafa































































.jpg)
.jpg)
.jpg)
















