Avstriya məktəblərdə hicabı qadağan etməyi planlaşdırır
Avstriyanın hakim koalisiyası 14 yaşdan kiçik qızların məktəblərdə hicabı qadağan edən qanun layihəsi irəli sürüb.
“Reuters”-in məlumatına görə, parlamentin aşağı palatası bu həftə təşəbbüsü müzakirə edəcək.
"Bu, dinə qarşı tədbir deyil. Bu, bu ölkədə qızların azadlığını qorumaq üçün bir tədbirdir", - liberal Neos partiyasının lideri Yannik Şetti bildirib.
O, hicab taxmaq qadağasının ölkə daxilində təxminən 12.000 uşağa təsir edəcəyini izah edib.
İfrat sağçı Avstriya Azadlıq Partiyası (FPÖ) tədbiri dəstəkləyərək, onu gələcəkdə genişləndirilməli olan ilk addım adlandırdı. Siyasi partiyanın nümayəndələri qadağanın bütün şagirdləri və məktəb işçilərini əhatə etməli olduğuna inanırlar.
Qanun layihəsi artıq Avstriyanın İslam dini icması tərəfindən tənqid olunub və onlar bunun fundamental insan hüquqlarını pozduğunu iddia edirlər.
Almaz Həsənli






















































.jpg)
.jpg)
.jpg)


























