ABŞ Konqresi Trampın şəkli olan sikkələrin buraxılmasını qadağan edən qanun layihəsini nəzərdən keçirəcək
Demokrat senatorlar ABŞ Konqresinə hazırkı prezidentlərin şəkillərinin banknot və sikkələrdə görünməsini qadağan edən qanun layihəsi təqdim ediblər. Oxuməni.az-ın məlumatına görə, bu barədə “TASS” məlumat yayıb.
Qanun layihəsi, üzərində sağ və ya hazırkı prezidentin portreti olan istənilən ABŞ valyutasının buraxılmasını açıq şəkildə qadağan edir. Qanun layihəsi Oreqon ştatından olan Ceff Merkli və Nevada ştatından olan Ketrin Kortez Masto tərəfindən təqdim edilib.
Cənab Merkli izah edib ki, bu tədbir birbaşa Prezident Donald Trampın potensial təşəbbüsünə qarşı yönəlib. Əvvəllər 2026-cı ildə ABŞ-ın 250 illiyi münasibətilə onun şəkli olan yeni bir dollarlıq sikkənin buraxılması ilə bağlı müzakirələr aparılıb.
"Monarxlar üzlərini sikkələrə qoysalar da, Amerikanın heç vaxt padşahı olmayıb və olmayacaq", - Ketrin Kortez Masto deyib.
ABŞ tarixində sağ prezidentlərin şəkilləri olan sikkələrin və ya banknotların buraxılması ilə bağlı heç bir presedent yoxdur.
Almaz Həsənli

















































.jpg)
.jpg)
.jpg)






























