ABŞ Türkiyənin F-35 qırıcı təyyarələri müqabilində S-400 hava hücumundan müdafiə sistemindən imtina edəcəyinə ümid edir
Ankara ABŞ-ın F-35 qırıcı təyyarə proqramına qayıtmaq üçün Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərindən (SAM) imtina etməlidir. Bu məsələ ilə bağlı danışıqlar davam edir, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bildirib.
"ABŞ qanunlarına görə, Türkiyə F-35 proqramına qayıtmaq üçün artıq S-400 sistemini işlətməməli və ya ona sahib olmamalıdır", - deyə o, sosial mediada yazıb.
Diplomat qeyd edib ki, ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətlərin hazırkı səviyyəsi "yeni əməkdaşlıq atmosferi yaradıb və bu, son on ildə bu mövzuda ən məhsuldar müzakirələrə səbəb olub".
"Ümid edirik ki, yaxın aylarda bu danışıqlar həm ABŞ-ın, həm də Türkiyənin təhlükəsizlik ehtiyaclarını ödəyən bir irəliləyişə səbəb olacaq", - deyə səfir vurğulayıb.
ABŞ, Türkiyənin 2019-cu ildə müqavilə əsasında Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldıqdan sonra F-35 qırıcı təyyarələri proqramından kənarlaşdırdı.
Əziz Mustafa












































.jpg)
.jpg)
.jpg)



































