İtlərdə İnsanlar üçün potensial təhlükəli olan yeni bir infeksiya aşkar edilib.

İtlərdə İnsanlar üçün potensial təhlükəli olan yeni bir infeksiya aşkar edilib.

15:00
Bəyəndim (1) Bəyənmədim (0)



Şimali Karolina Dövlət Universitetinin alimləri itlərdə insanlar üçün potensial təhlükəli olan yeni bir bakteriya növünü - hüceyrədaxili parazitləri - müəyyən ediblər. Tədqiqatın nəticələri Emerging Infectious Diseases (EID) jurnalında dərc edilib.

Mütəxəssislər bakteriyanı Rocky Mountain ləkəli qızdırmasına (RMF) bənzər simptomları olan bir itdə aşkar ediblər. Bu xəstəlik gənə sancmaları ilə ötürülür. Adətən qızdırma və baş ağrısı ilə başlayır, ardınca səpgi gəlir. Digər simptomlara əzələ ağrısı və qusma daxil ola bilər. Sağalmadan sonrakı uzunmüddətli ağırlaşmalara eşitmə itkisi və qol və ya ayağın amputasiyası daxil ola bilər.

İnsanlarda infeksiya əsasən mart-sentyabr aylarında, yetkin gənələr aktiv olduqda və insanların gənə ilə yoluxmuş ərazilərdə olma ehtimalı artdıqda baş verir.

Genom analizi patogenin aşkarlandığı heyvanın adı ilə Rickettsia finnyi adlandırılan yeni bir rikketsiya növü olduğunu ortaya qoydu. Tədqiqatçılar qeyd edirlər ki, rikketsiyaların əksəriyyəti zoonotik infeksiyalardır və yeni patogen, çox güman ki, növ baryerini keçə bilir. Şübhəli vektor, yayılma sahəsi yoluxmuş itlərin tapıldığı bölgələrlə üst-üstə düşən ulduzburunlu gənədir.

Əziz MUSTAFA