Qvadelupada izdihamın üzərinə maşın sürən sürücü sərxoş olub

Qvadelupada izdihamın üzərinə maşın sürən sürücü sərxoş olub

10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Qvadelupadakı avtomobil-izdiham toqquşmasının təfərrüatları məlum olub.
Qvadelupadakı Milad tədbirində izdihamın arasına maşın sürən sürücü sərxoş olub. O, saxlanılıb. Bu barədə TASS Agence France-Presse (AFP) agentliyinə istinadən məlumat yayıb.

"Mənbənin məlumatına görə, toqquşmadan sonra 10 yaşlı oğlan da daxil olmaqla üç nəfərin vəziyyəti ağırdır. Sərxoş və narkotik təsiri altında olan sürücü saxlanılıb", - agentlik bildirib.

Hadisə şəhər meriyası və kilsənin qarşısında yerləşən Sent-Ann şəhərində, Skoelçer meydanında baş verib. Maşın izdihama çırpıldıqda on nəfər ölümcül xəsarət alıb.

Əziz MUSTAFA