Bab əl-Məndəb boğazında quldurlar gəmiyə hücum edib
“Associated Press” agentliyinin verdiyi məlumata görə, dar Bab əl-Məndəb boğazından keçən ticarət gəmisinə şübhəli quldurlar hücum edib.
Kral Dəniz Qüvvələrinin bir hissəsi olan Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) Yəmən sahillərində yeni bir hadisə barədə məlumat verib.
Məlumatlara görə, qurudan təxminən 15 dəniz mili məsafədə kiçik gəmilərin alovlandığı aşkar edilib.
Diaplous Group özəl təhlükəsizlik şirkəti gəmiyə iki dəfə hücum edildiyini bildirib. Gəmidəki silahlı mühafizəçilər atəşə cavab olaraq hücumu dəf ediblər. Şirkətin məlumatına görə, heyətə zərər dəyməyib.
Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və Afrika qitəsini Ərəbistan yarımadasından ayıran strateji əhəmiyyətli bir su yoludur.
Almaz Həsənli



























.jpg)























































