Hindistanda müalicəvi bitkilər satıcısı mərcə özünü ilana dişlətdirib və ölüb
Hindistanda müalicəvi bitkilər satıcısı mərcə zəhərli ilan tərəfindən dişlədilməsinə icazə verdiyi üçün həyatını itirib.
Oxuməni.az xəbər verir ki, bu barədə “Bhaskar English” məlumat yayıb.
34 yaşlı Sikandar Nath müxtəlif xəstəliklər üçün müalicəvi bitki tozları satır və bəzən kəndlərdə ilan ovsunçusu kimi çıxış edirdi. Noyabrın 10-da o, qardaşı Karanla birlikdə Qaneşpur kəndində öz bacarığını nümayiş etdirirdi. Birdən onlara bir qrup xilasedici kişi yaxınlaşdı.
Sikandar onlara ilan zəhərinin təsirini neytrallaşdıran bitkiləri olduğunu bildirdi. Kişilər ona inanmadılar və mərc təklif etdilər: əgər o, ilana özünü dişlətdirsə və müalicəvi bitkiləri ilə sağalsa, onlara 10 min rupi (təxminən 189 manat.-red.) ödəyəcəklər. Sikandar razılaşıb və ilana barmağını dişlətmək üçün uzadıb.
Dişləndikdən dərhal sonra kişinin vəziyyəti kəskin pisləşməyə başlayıb. Tozlar kömək etməyib. Qardaşı Sikandarı xəstəxanaya aparmaq qərarına gəlib, lakin xilasedicilər buna icazə verməyiblər, çünki bu halda mərcin şərtləri pozulacaqdı. Karan hirslənib və dostlarından kömək istəyib. Onlar gəlib xilasediciləri təhdidlə geri çəkilməyə məcbur ediblər.
Lakin bu, Sikandara kömək etməyib. O, xəstəxanaya gedərkən yolda dünyasını dəyişib. Kişinin ailəsi xilasedicilər qrupuna qarşı iddia qaldırıb. Yaxınları iddia edirlər ki, onlar Sikandarı öldürmək istəyiblər və bütün vəziyyəti planlaşdırıblar.
Almaz Həsənli



























.jpg)























































