Putin: Sovet İttifaqının bərpası istisna edilir və mənasızdır, Rusiyanın belə bir məqsədi yoxdur

Putin: Sovet İttifaqının bərpası istisna edilir və mənasızdır, Rusiyanın belə bir məqsədi yoxdur

12:00
Bəyəndim (1) Bəyənmədim (0)

Sovet İttifaqının bərpası istisna edilir və mənasızdır; Rusiyanın belə bir məqsədi yoxdur. Rusiya Prezidenti Vladimir Putin bunu India Today televiziya kanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, hazırkı şəraitdə belə bir addım Rusiya Federasiyasının etnik və dini tərkibini kökündən dəyişdirəcəyi üçün irrasional olardı. Putin həmçinin SSRİ-nin dağılmasında günahkar axtarmaqdan imtina etdi və sistemin yaşana bilməyəcəyini qeyd etdi.

"Xeyr, əlbəttə ki, yox. Bu istisna edilir. Bu, sadəcə mənasızdır", - deyə Putin SSRİ-ni dirçəltmək istəyi ilə bağlı suala cavab verərkən bildirib.

Rusiya lideri əlavə edib ki, SSRİ-nin dağılması hər addımı və onun nəticələrini təhlil etməyin vacibliyini nümayiş etdirib. O qeyd edib ki, "əzəmət" hissi ilə idarə olunan oxşar səhvlər indi bəzi digər ölkələrdə də baş verir.

Əziz MUSTAFA