Netanyahu Sovet İttifaqında anadan olmuş Hoffmanı “Mossad” kəşfiyyat xidmətinin direktoru təyin etdi
İsrail Baş naziri Benyamin Netanyahu Baş nazirin hərbi katibi general-mayor Roman Hoffmanı “Mossad” kəşfiyyat xidmətinin direktoru təyin edib.
Oxuməni.az-ın “Lenta.ru”-ya istinadən verdiyi məlumata görə, İsrail Baş nazirinin ofisi bu barədə məlumat yayıb.
Bəyanatda deyilir: "Müxtəlif namizədlərlə müsahibələrdən sonra Baş nazir Benyamin Netanyahu hərbi katibi general-mayor Roman Hoffmanı İsrail Dövlətinin Mossadının direktoru təyin etmək qərarına gəlib". Hoffman beş illik səlahiyyət müddətini 2026-cı ilin iyun ayında başa vuracaq David Barneanın yerinə keçəcək.
Belarus SSR-dən olan gələcək “Mossad” direktoru 14 yaşında ailəsi ilə birlikdə İsrailə mühacirət edib. Hoffman 1990-cı illərin ortalarından bəri İsrail ordusunda xidmət edib və bir sıra yüksək rütbəli komandanlıq vəzifələrində çalışıb. 7 oktyabr 2023-cü ildə Fələstin HƏMAS qruplaşmasının İsrail ərazisinə hücumu zamanı general yaraqlılarla atışmaya girib və güllə yarası alıb.
Almaz Həsənli

















































































