ABŞ Dövlət Departamenti Trampın şərəfinə ABŞ Sülh İnstitutunun adını dəyişdirib
ABŞ Dövlət Departamenti ABŞ Sülh İnstitutunu (USIP) Amerika prezidenti Donald Trampın şərəfinə yenidən adlandırıb.
Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə qurumun mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
ABŞ Sülh İnstitutu Vaşinqtonda yerləşir.
"Dövlət Departamenti keçmiş Sülh İnstitutunu ölkəmizin tarixində ən böyük danışıqlar aparan şəxsin adını əks etdirmək üçün yenidən adlandırıb. Donald Tramp adına Sülh İnstitutuna xoş gəlmisiniz", - deyə bəyanatda bildirilir.
Mətbuat xidməti həmçinin institut binasının fotosunu paylaşıb ki, bu binada ilk dəfə Ağ Ev rəhbərinin adı yazılmış lövhə peyda olub.
CNN telekanalının məlumatına görə, bu ilin əvvəlində Tramp administrasiyası büdcə məsələləri səbəbindən institutu faktiki olaraq bağlamışdı. Müəssisə 1984-cü ildə ABŞ Konqresi tərəfindən beynəlxalq münaqişələrin həlli məqsədi ilə yaradılmışdı.
Almaz Həsənli

















































































